UEFA Avropa Liqasında ev oyunlarının yerini dəyişdirdi

2 Mart 2021 01:52 Avropa Liqası 1 014
UEFA Avropa Liqasında ev oyunlarının yerini dəyişdirdi

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində üz-üzə gələcək İngiltərənin “Tottenhem” və Xorvatiyanın “Dinamo” (Zaqreb) klublarının ev oyunlarının yerini dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Yeni qərara əsasən, bu komandalar arasındakı ilk görüş Londonda, cavab matçı isə Zaqrebdə keçiriləcək.

Avroliqanın 1/8 finalının fevralın 26-da atılmış püşkünə əsasən, birinci qarşılaşma Xorvatiyanın paytaxtında təşkil olunmalı idi.

Beləliklə, “Tottenhem” – “Dinamo” görüşü martın 11-də Londonda keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Martın 18-də Zaqrebdə baş tutacaq cavab görüşünün start fiti saat 21:55-də səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"