"Ümid edirəm ki, bəxtimiz gətirəcək və sevinən biz olacağıq"

6 May 2017 16:48 Atçılıq 710
"Ümid edirəm ki, bəxtimiz gətirəcək və sevinən biz olacağıq"

“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, baş tutan 4 mərhələdən sonra "Synergy Baku" komandasının üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderlik edir. Təmsiçimiz mərhələ başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Komandam dünən olduğu kimi bu gün də mənim qələbəm üçün əlindən gələni etdi. İlk kilometrlərdən dəstəklərini göstərdilər.

Sabah sonuncu mərhələdi. Liderliyini qoruya biləcəksən?
- Velosiped idman növünd əvvəlcədən nəyisə planlaşdırmaq olmur. Bunu sabah biləcəyik. Ümid edirəm ki, bəxtimiz gətirəcək və sevinən tərəf biz olacağıq.

Ağsu aşırımı sizin üçün çətinlik yaratmadı?
- Təbii ki, çox maraqlı marşurutdu. Oranın gözəl təbiəti var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti