Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun 4-cü mərhələsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, cari mərhələdə velosipedçilər Qəbələ-Ağsu-Pirqulu marşrutu üzrə hərəkət edərək 164 kilometr məsafə qət ediblər.
Finiş xəttini ilk keçən “illumination” (ABŞ) komandasının üzvü Edvin Avila olub. Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.
İştirakçılar sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.

