"Tour d’Azerbaidjan-2017": 3-cü mərhələnin qalibi bəlli oldu

5 May 2017 18:04 Atçılıq 606
"Tour d’Azerbaidjan-2017": 3-cü mərhələnin qalibi bəlli oldu

"Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun üçüncü mərhələsinə start verilib. Sportinfo.az xəbər verir ki, velosipedçilər Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 177 kilometr məsafə qət ediblər. Finiş xəttini ilk keçən "Amplaç" (Avstriya) komandasının üzvü Matey Muqerli olub.

Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdi. İştirakçılar dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti