Əliyev buranı gəzdi - FOTOLAR

21 Aprel 2017 09:24 Atçılıq 720
Əliyev buranı gəzdi - FOTOLAR

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev Respublika Velotrekinə gələrək burada idmançılar üçün yaradılan şəraitlə tanış olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev qonağa Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verilib.

Gördüklərindən məmnun qaldığını deyən Azər Əliyev yaxın vaxtlarda federasiyanın balansında olan Veloparka da gələcəyini və oradakı şəraitlə yaxından tanış olmaq niyyətində olduğunu deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti