Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvü Maksim Averinin beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub. Sportinfo.az-ın wielerflits.nl saytına istinadən verdiyi məlumata görə, buna səbəb Azərbaycan yığmasının üzvünün orqanizmində istifadəsi qadağan olunan maddənin aşkarlanmasıdı.
Dopinq-test zamanı analizi müsbət nəticələnən M.Averində meldoni preparatı tapılıb. Maksim Averin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib.

