Azərbaycan velosipedçisi "Tour de Maroc" yarışının qalibi oldu

14 Aprel 2017 13:36 Atçılıq 723
Azərbaycan velosipedçisi "Tour de Maroc" yarışının qalibi oldu

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvü Elçin Əsədov Mərakeşdə təşkil edilən "Tour de Maroc" yarışının 7-ci mərhələsinin qalibi olub. Sportinfo.az xəbər verir ki, 184,5 km-lik marşrutun lap əvvəlindən irəli atılan Elit yığma komandanın üzvü ilə təqib qrupu arasında vaxt fərqi müəyyən zaman kəsiyində 7 dəqiqədən də artıq olub.

Bu üstünlüyünü sonadək qoruyan E.Əsədov Mərakeş idmançısı Hatim Kamruçi ilə finişi 4 saat, 57 dəqiqə, 11 saniyəyə keçib və fotofinişə əsasən mərhələdə qalib adına layiq görülüb. "Synergy Baku"nun digər üzvü Yosip Rumaç isə 18 saniyə geri qalmaqla 7-ci mərhələni 3-cü yerdə bitirib.

Yeri gəlmişkən, Rumaç ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı" köynəyini də özündə saxlayır. "Tour de Maroc"un 1-ci və 4-cü mərhələləri Azərbaycanın Elit yığmasının digər üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb və hazırda idmançı ümumi təsnifatda 3-cü yerdə qərarlaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti