Mayın 3-7-də keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan-2017" veloturunun təqdimat çarxı hazırlanıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarış əvvəlki illərdə olduğu kimi, bu dəfə də planetin nüfuzlu "Eurosport" kanalı vasitəsilə yayımlanacaq
Telekanal veloturu gündəlik icmallar şəklində tamaşaçılara təqdim edəcək. Sportinfo.az xəbər verir ki, hazırlanmış videoçarx da bu həftədən etibarən tur davam edən günlər də daxil olmaqla "Eurosport" kanalında efirə veriləcək.
Artıq 6-sı Pro-kontinental, 17-si isə Kontinental olmaqla 23 kollektivin "Tour d'Azerbaidjan-2017"də iştirak edəcəyi təsdiqlənib. Son 2 ildə yarışın komanda hesabında qalibi Azərbaycanın "Synergy Baku" kontinental klubu olub. "Tour d'Azerbaidjan-2017"nin proqramını bir daha diqqətinizə çatdırırıq:
1-ci mərhələ - 03.05.2017
Bakı - Sumqayıt (150 km)
2-ci mərhələ - 04.05.2017
Bakı - İsmayıllı (187 km)
3-cü mərhələ - 05.05.2017
Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ (177 km)
4-cü mərhələ - 06.05.2017
Qəbələ - İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu (164 km)
5-ci mərhələ - 07.05.2017
Bakı - Abşeron - Bakı (158 km)

