“Synergy Baku”nun 3 üzvü Mərakeş turunda fərqləndi

12 Aprel 2017 08:12 Atçılıq 695
“Synergy Baku”nun 3 üzvü Mərakeş turunda fərqləndi

“Synergy Baku” Mərakeşdə təşkil olunan 10-günlük “Tour de Maroc” yarışında uğurlu çıxışını davam etdirir. Sportinfo.az xəbər verir ki, 2.2 kateqoriyalı turunun 4-cü mərhələsi təmsilçilərimiz üçün kifayət qədər uğurlu alınıb.

Çətin dağ yolları ilə yadda qalan 191 km-lik marşrutu yığma komandamızın üzvü Kiril Pozdnyakov 5 saat, 28 dəqiqə, 15 saniyəyə başa vurmaqla, ən yaxın izləyicisini 13 saniyə qabaqlayıb və 1-ci mərhələdə olduğu kimi, yenidən “solo-finiş” edib.

Bundan başqa, o, sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib və 5-ci mərhələyə lider köynəyi ilə başlayacaq. “Synergy Baku”nun digər üzvü Yosip Rumaç dağlıq yollarda topladığı xallar hesabına ən yaxşı dağ qoşaçarxçısı üçün nəzərdə tutulan “Dağlar kralı” köynəyinə yiyələnib.

Bütün bunlar 4-cü mərhələnin yekununda 3 dəfə fəxri kürsüyə qalxması ilə nəticələnib. Bu gün keçiriləcək 5-ci mərhələdə iştirakçılar 155 km məsafə qət edəcəklər. Qeyd edək ki, Mərakeş turu komandamız üçün mayın 3-7-də keçiriləcək “Tour d’Azerbaidjan” yarışına hazırlığın əsas hissəsini təşkil edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti