Mərakeşdə təşkil olunan "Tour De Maroc" velesiped turnirində üçüncü mərhələ geridə qalıb. Sportinfo.az xəbər verir ki, 145.1 kilometrlik mərhələdə komandamızın üzvlərindən ən yaxşı nəticəni Elçin Əsədov göstərib. O, finişi 20-si sırada keçib. Kiril Pozdnyakov isə 24-cü olub.
Kiril Pozdnyakov bu mərhələdən sonra liderliyini itirib. O, hazırda 15-cidi. "Synergy Baku" isə komanda hesabında iki pilə geriləyib. Komandamız hazırda beşincidi. Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour De Maroc" turniri aprelin 16-dək davam edəcək.

