Yarışda iştirak etmək istəyən üçün ödənişin məbləği - 20 manat

8 Aprel 2017 16:48 Atçılıq 725
Yarışda iştirak etmək istəyən üçün ödənişin məbləği - 20 manat

"Bakı Marafonu 2017"yə hazırlıq məqsədi ilə əyləncə və məşq günü tədbiri keçirilib. Sportinfo.az xəbər verir ki, Dövlət Bayrağı Meydanında bir araya gələn iştirakçılar Kulka Teatrınadək yürüş ediblər. Daha sonra bulvarda konsert və viktorinalar təşkil olunub. İştirakçılar marafonun sponsorları - “Coca Cola”, “Go Sport”, “Türk Hava Yolları”, “Alfa Romeo”, “Huawei”, “Azər Türk Bank”dan müxtəlif hədiyyələr qazanıblar.

Bu gün saat 15:00-a qədər marafona qeydiyyat pulsuz olub və qaçış həvəskarları bu fürsətdən yararlanıblar.
Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Bakı Marafonu 2017" saat 10:00-da start götürəcək. Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 manatdı.

Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 manat ödəməlidir. Marafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, qeydiyyat zamanı onlardan heç vəsait tələb olunmur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti