Azərbaycan velosipedçisi "Tour de Maroc" yarışının qalibi oldu

8 Aprel 2017 11:49 Atçılıq 556
Azərbaycan velosipedçisi "Tour de Maroc" yarışının qalibi oldu

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan "Tour de Maroc" yarışına uğurla başlayıb. Sportinfo.az xəbər verir ki, yarışın ilk mərhələsi milli komandanın üzvü Kiril Pozdnyakovun qələbəsi ilə yekunlaşıb.

148,7 km məsafəni hamıdan tez - 3 saat, 31 dəqiqə, 51 saniyəyə başa vuran K. Pozdnyakov ən yaxın izləyicisini 13 saniyə qabaqlamaqla "solo-finiş" edib. İlk mərhələdəki qalibiyyət velosipedçini həm də ümumi təsnifatın lideri edib. O, həmçinin sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib.

İlk mərhələni “20-lik”də başa vuran velosipedçilər arasında "Synergy Baku"nun daha 2 üzvü var. Elçin Əsədov 9-cu, Yosip Rumaç 14-cü olub. 10 gün davam edəcək "Tour de Maroc" "Synergy Baku" üçün 3 – 7 mayda keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığının əsas hissəsini təşkil edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti