Nazir 300 min manata at alıb?

14 Fevral 2017 12:24 Atçılıq 860
Nazir 300 min manata at alıb?

Azərbaycanan Atıcılıq Federasiyasının nəzdində olan Atçılıq Mərkəzindəki atlar və sahibləri haqqında yeni məlumatlar yayılmaqdadı. Sportinfo.az xəbər verir ki, yeniçağ.az-ın əldə etdiyi məlumata görə, mərkəzdəki ən bahalı atlardan biri Gənclər və İdman naziri Azad Rəhimova məxsusdu.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, nazir atının qiyməti təxminən 250-300 min manat dəyərindədir. Atın əsas çaparı isə olimpiya iştirakşısı Camal Rəhimovdu. Həmin atın ərəb atı olduğu da iddia olunur.

Camal Rəhimov ölkəmizi iki dəfə Olimpiya Oyunlarında təmsil edib. Ancaq o heç bir nəticə verə bilməyib. London Olimpiadasında isə o ən güclü 45 çapar arasına belə düşə bilməyib. Məsələ ilə bağlı Azərbaycanan Atıcılıq Federasiyası ilə əlaqə saxlamağa çalışsaq da sualımıza cavab verən tapılmadı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!