“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci qəza baş verib.
Sportinfo.az xəbər verir ki, “Williams”ın sürücüsü Sergey Sirotkin idarə etdiyi bolid səddə çırpılıb.
Nəticədə rusiyalı pilot mübarizəni dayandırıb. Onun maşını trasdan götürülüb. Aprelin 28-də ilk sərbəst yürüşü zamanı “Red Bull”un pilotu Maks Ferstappenin idarə etdiyi bolid səddə çırpılıb.
Sünən isə “Formula- 2” yarışında “Campos Vexatec Racing” komandasının pilotları - Luka Qotto və Roy Nissani qəza keçirib.

