“Sərbəst yürüşlərdə sürətli idik.
“UltraSoft”la uzun seriya daha yaxşı alına bilərdi. Lakin “SuperSoft” şinləri ilə maşının davranışından məmnunam”.
Sportinfo.az f1news.ru saytına istinadən xəbər verir ki, bunu “Formula-1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşündə ən yaxşı nəticə göstərən “Red Bull” komandasının pilotu Daniel Rikkardo deyib.
Ötən il Bakıda keçirilən yarışın qalibi olan avstraliyalı pilot yenə də özünü favoritlər sırasında gördüyünü söyləyib:
“Sıralama turunda necə olacağını təsəvvür etmirəm. Rəqiblərin nə qədər artıracaqlarından xəbərsizəm. İlk sırada start etməsək belə, yarış zamanı sürətli olmalıyıq. Bakıda favoritlər arasında olduğumuzu düşünürəm.
Adətən burda asfaltla təmas çatışmır. Bu şərtlərdə belə, boliddən razı qaldım. Ümid edirəm ki, yarış günü də bu cür xoş hisslər olacaq. Proqnoza əsasən, həftəsonu hava küləkli olmalıdır. Bu, bizə maneə yaratsa belə, şərtlər hamı üçün eynidir”.

