Azərbaycan Qran-prisi: Rikkardo ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi

28 Aprel 2018 08:48 Atçılıq 712
Azərbaycan Qran-prisi: Rikkardo ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi

Avstriyanın “Red Bull” komandasının pilotu Daniel Rikkardo “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşdə ən yaxşı göstəriciyə imza atıb.

Sportinfo.az xəbər verir ki, avstriyalı pilot 1 saat 43 dəqiqə 51 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb.

Aprelin 28-i saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Ertəsi gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək.

Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək.

Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək. Daniel Rikkardo 2017-ci il Azərbaycan Qran-prisinin qalibidi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti