"İndi vəziyyətimizi düzəltmişik"

27 Aprel 2018 09:24 Atçılıq 867
"İndi vəziyyətimizi düzəltmişik"

“Mövsümə yaxşı bolidlə başladıq. Ötən mövsüm sabitlik bizim yaxşı tərəfimiz deyildi.

İndi vəziyyətimizi düzəltmişik və yaxşı komandalarla rəqabətdə tempi qoruyacağımıza ümid edirik”.

Sportinfo.az xəbər verir ki, bunu “Haas” komandasının pilotu Kevin Maqnussen “Formula 1” üzrə Azərbaycan Qran Prisi öncəsi Bakıda təşkil olunan mətbuat konfransında deyib.

“Formula 1” üzrə Azərbaycan Qran Prisi 27 – 29 apreldə keçiriləcək. 26 yaşlı danimarkalı deyib ki, ötən illə müqayisədə, daha yaxşı avtomobilə sahibdirlər. O, Azərbaycan Qran Prisində yaxşı nəticəyə imza atacaqlarına ümid etdiyini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız