“Formula-1”-də Azərbaycan bayrağının rəngləri dəyişik düşdü – FOTO

26 Aprel 2018 17:24 Atçılıq 954
“Formula-1”-də Azərbaycan bayrağının rəngləri dəyişik düşdü – FOTO

Sabahdan Azərbaycanda “Formula-1” üzrə növbəti Qran-Pri yarışına start veriləcək.

Sportinfo.az xəbər verir ki, yarış öncəsi media.az təşkilatçılar tərəfindən böyük yanlışlığa yol verildiyini aşkarlayıb.

Saytın məlumatına görə, təşkilatçılar “Formula-1” izləməyə gələnlərin əyləşəcəyi tribunanın üzərində Azərbaycan bayrağını əks etdirmək istəyiblər.

Lakin bu zaman ciddi nöqsana yol verilib və bayrağın rəngləri dəyişik düşüb. Belə ki, bayrağımızın rəngləri – yaşıl və mavi rənglər dəyişik salınıb, aypara-ulduz səhv istiqamətdə vurulub. Həmin görüntüləri təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti