"Formula-1"in ən sürətlı yolu Bakıdadı.
Azərbaycanda çox maraqlı bir yol var, divarlar sizi gözləyir".
Sportinfo.az xəbər verir ki, bunu "Renault"un pilotu Niko Hülkenberq "Formula-1"in Bakıda keçiriləcək mərhələsi barədə danışarkən deyib.
"Azərbaycanda çox maraqlı bir yol var, orada divarlar sizi gözləyir.Yaxşı nəticə əldə etmək üçün, dairəni mükəmməl keçmək lazımdır, ancaq həddindən artıq çalışmaq vacibdi.
"Formula-1"in ən sürətli yolu Bakıdadır. Buada ötmələr üçün yerlər var. Azərbaycandakı mərhələ fanatların xoşuna gəlir", - N.Hülkenberq əlavə edib.

