Yarışlara görə Bakının 3 məktəbində tətil elan olundu

25 Aprel 2018 17:36 Atçılıq 874
Yarışlara görə Bakının 3 məktəbində tətil elan olundu

“Formula 1 Azərbaycan Qran Prisi” yarışı ilə bağlı şəhərin mərkəzindəki məktəblərdə tətil elan edilib.

Təhsil Nazirliyindən virtualaz.org-un sorğusuna cavab olaraq bildirilib ki, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi qərara alınıb.

Sportinfo.az xəbər verir ki, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunmasına qərar verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti