"Artıq öyrəşmişik, onlardan nə gözləmək lazım olduğunu bilirik"

25 Aprel 2018 11:00 Atçılıq 1 027
"Artıq öyrəşmişik, onlardan nə gözləmək lazım olduğunu bilirik"

“Bakıda olan trasa başqa ölkələrdə rast gəlmək mümkün deyil”.

Sportinfo.az xəbər verir ki, bunu "Moskva-Baku"ya müsahibəsində "Formula 2"nin "Russian Time" komandasının pilotu, "Formula 1"in test-pilotu Artyom Markelov deyib.

"Ən birinci yarışdan buradayam, iştirak etmək üçün üçündü dəfə gəlirəm. Deyərdim ki, hər şey iki il əvvəl olduğu kimi yüksək səviyyədədi. Təşkilatçılar trassı tez və keyfiyyətli təşkil etməyi bacarırlar", - deyə Markelov bildirib.

Onun sözlərinə görə, Bakı trassı başqalarından özünün ab-havası və sürətli döngələri ilə fərqlənir:

"İçərişəhərdə döngələr kifayət qədər dardır, özünəməxsusdur. Belələrinə başqa ölkələrdə rast gəlmək mümkün deyil. Lakin onlara artıq öyrəşmişik, trassdan nə gözləmək lazım olduğunu bilirik".

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM