Bakıda "Formula 1"-ə hazırlıq nə yerdədi? - FOTOREPORTAJ

22 Aprel 2018 13:46 Atçılıq 764
Bakıda "Formula 1"-ə hazırlıq nə yerdədi? - FOTOREPORTAJ

Bakıda baş tutacaq "Formula-1" yarışının Qran-Prisi ilə əlaqədar “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) hazırlıq işlərini davam etdirir.

Sportinfo.az xəbər verir ki, musavat.com-un əməkdaşı hazırlıqla bağlı şəhərdə müşahidələr aparıb.

Avtomobillərin hərəkət edəcəyi trek boyunca tamamlanma işləri aparılır. Təhlükəsizlik üçün beton baryerlər, yarışı izləmək üçün nəzərdə tutulan tribunalar, yerüstü piyada keçidləri demək olar ki tamamilə quraşdırılıb.

Bakı küçələrində müxtəlif lövhələr, nişanlar da vurulub. Eyni zamanda Bulvar ərazisində də yarışma ilə bağlı müxtəlif işlər aparılır. "Formula-1" -in keçiriləcəyi tarixlərdə dənizkənarı parkda yerli və gələn qonağların əylənməyini təşkil etmək üçün əyləncə zonaları yaradılır.

Quraşdılacaq çadırlarda mübarizə aparan bütün pilotların formaları, yarışmaya aid aksessuarlar satılacaq. O cümlədən xalqımızın milli adət-ənənələrini və incəsənət nümunələri əks etdirən müxtəlif əyləncələr, oyunlar təşkil olunacaq.

Ötən illərdəkindən fərqli olaraq bu il keçirilən əsas konsert proqramları bulvarda deyil, Bakı Kristal Zalında baş tutacaq. Konsert proqramında dünya şöhrətli müğənnilər Kristina Aquilera, Dua Lipa və Jamiroqua səhnə alacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti