FOTO - "Fürsəti qaçırmayın və sevdiyiniz ulduza ən yaxın siz olun!”

15 Aprel 2018 10:18 Atçılıq 820
FOTO - "Fürsəti qaçırmayın və sevdiyiniz ulduza ən yaxın siz olun!”

Bakı Şəhər Halqası əməliyyat şirkəti Formula1-ə bileti olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsən görüşməyə dair müsabiqə keçirir.

Sportinfo.az xəbər verir ki, bununla bağlı BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib:

“Biz hər il olduğu kimi bu il də Azərbaycan qran-prisini izləməyə gələnlər üçün yarışdan daha artığını təqdim edirik.

Builki yarış həftəsonunda yenə dünyanın ən qabaqcıl ulduzları və məşhur DJ-lər Bakıda hər gün bizlərə yarış həyəcanından sonra möhtəşəm əyləncə coşğusu yaşadacaqlar.

Yarışa bileti olan hər bir kəs dünya ulduzlarının və DJ-lərin konsertlərində iştirak edə və onların canlı performanslarına yerində şahid ola biləcək.

Bu müsabiqə ilə biz ulduzları sizə daha yaxın edirik və qalib gələcəyiniz təqdirdə onlarla üz-üzə görüşərək səmimi söhbət etmək imkanı əldə edəcəksiniz. Bu əvəzolunmaz fürsəti qaçırmayın və sevdiyiniz ulduza ən yaxın məhz siz olun!”

Qaliblər aprelin 27-də Jamiroquai qrupunun solisti Jay Kay ilə, bir gün sonra Kristina Aguilera ilə üz-üzə görüşərək, səmimi söhbət edə biləcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti