"Formula-1lə bağlı aprelin 25-dən Bakının bəzi hissələrinə giriş qadağan olunacaq

10 Aprel 2018 00:10 Atçılıq 592
"Formula-1lə bağlı aprelin 25-dən Bakının bəzi hissələrinə giriş qadağan olunacaq

"Formula-1" üzrə Azərbaycan Qran-prisində konsert və əyləncə proqramlarının Kristal Zalda keçirilməsi ilə əlaqədar Azneft dairəsindən Dövlət Bayraq meydanına qədər olan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sportinfo.az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Azərbaycan Qran-prisi aprelin 27-dən 29-dək keçiriləcək. O bildirib ki, yalnız icazə sənədi olanlar bu əraziyə buraxılacaqlar:

"Aprelin 25-dən mayın 1-dək Dənizkənarı Bulvarın Dəniz Vağzalından Azneft dairəsinə qədər olan hissəsinə giriş bağlı olacaq.

Aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışna icazə veriləcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti