“Mersedes” komandasının üzvü Lüis Həmilton yeni müqaviləyə hazırlaşır.
Sportinfo.az xəbər verir ki, onun 2019-2021-ci illər üçün imzalayacağı sənəd Formula1 tarixində ən bahalı anlaşma ola bilər.
Söhbət 3 il müddətinə 184 milyon, hər mövsümdə 60 milyon dollardan gedir. “Mersedes”in rəhbəri Toto Volff deyib:
“Sözləşmənin incəlikləri razılaşma tələb edən yüz səhifədən artıq mətndən ibarətdir. Biz də hazırda bunun üzərində işləyirik”.
Son dünya çempionu öz növbəsində, “Mersedes”də hamı onun başqa komandaya keçməyəcəyini yaxşı bildiyini deyib.

