Aprelin 7-də start götürəcək mövsüm oktyabrda bitəcək

4 Aprel 2018 18:36 Atçılıq 780
Aprelin 7-də start götürəcək mövsüm oktyabrda bitəcək

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2018-ci ilin cıdır mövsümünün başlayacağı tarixi açıqlayıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, aprelin 7-də start götürəcək mövsümə oktyabrda yekun vurulacaq.

Ümumilikdə, 15 cıdır günü ərzində 3 müxtəlif kateqoriya - ingilis təmizqanlı, ərəb təmizqanlı, Qarabağ - Dilbaz təmizqanlı atlar arasında 61 qaçışın keçirilməsi nəzərdə tutulub.

Mövsüm ərzində yarışlarda hər 4 cins üzrə 100-dək atın iştirakı gözlənilir. Bütün qaçışlar Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda təşkil olunacaq.

Açılış günündə 3 yaş və yuxarı ərəb atları 1000 metr, 3 yaşlı ingilis atları 1600 metr, 3 yaşlı Qarabağ və Dilbaz atları 1000 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr, 4 yaş və yuxarı ingilis atları isə 2000 metr məsafədə güclərini sınayacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti