Ölkə ərazisində hava şəraitinin pisləşməsi Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) keçirəcəyi yarışa da təsirsiz ötüşməyib.
Sportinfo.az xəbər verir ki, qeyd olunan yarış aprel ayının 6-7-də keçiriləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Təhsil Nazirliyinin hava şəraiti ilə bağlı xəbərdarlıq etməsi ilə əlaqədar olaraq AzVİF-in təqvim planı əsasında martın 30-31-də Qala qəsəbəsi və Velopark ərazisində keçirilməli olan Kriterium üzrə Bakı çempionatının I turu təxirə salınıb.
Abşeron yarımadasında əsən güclü külək daha bir idman yarışının təxirə salınmasına səbəb olub.
Qadın voleybolu üzrə Azərbaycan Superliqasının IX turunun bu günə nəzərdə tutulmuş matçları təxirə salınıb.
Belə ki, bu gün “Lokomotiv” – AVF və “Abşeron” – “Azərreyl” görüşləri keçirilməli idi. Lakin federasiyanın vitse-prezidenti Faiq Qarayev hava durumuna uyğun olaraq bugünkü görüşlərin aprelin 2-nə təxirə salınmasına dair qərar verib. Bu görüşlər Dərnəgül Voleybol Mərkəzində keçirilməli idi.

