Azərbaycan klubunun üzvü Türkiyədəki turnirdə 3-cü yeri tutdu

27 Mart 2018 15:24 Atçılıq 614
Azərbaycan klubunun üzvü Türkiyədəki turnirdə 3-cü yeri tutdu

Azərbaycanın “Synergy Baku” komandasının üzvü Aleksandr Polivoda Türkiyənin Alanya bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Cartier” yarışında üçüncü yeri tutub.

Sportinfo.az xəbər verir ki, 4 mərhələdən ibarət “Cartier” turunda Samir Cəbrayılov, Telman Vəliyev, Kərim Şirəliyev, Ənvər Asanov, Aleksandr Polivoda, Elgün Əlizadə və Kənan Qəhrəmanlı ilə təmsil olunan “Synergy Baku”nun heyətində ən yüksək nəticəyə Aleksandr Polivoda imza atıb.

31 yaşlı idmançı 4 mərhələnin yekununa əsasən, qalibdən 16 saniyə geri qalıb. Bu nəticə Polivodaya 25 reytinq xalı da qazandırıb. Sprinterlərin mübarizəsində isə o, 5-ci olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti