F1 yarışında ən sürətli nəticəni Qax məktəblisi göstərdi

10 Mart 2018 17:36 Atçılıq 707
F1 yarışında ən sürətli nəticəni Qax məktəblisi göstərdi

Bakı Şəhər Halqası əməliyyat şirkəti ilə Avtomobil federasiyasının birgə təşkilatçılığı əsasında bölgələrdə “Sənin sürət formulan” şüarı ilə keçirilən simulyatorda Formula1 üzrə Qax çempionatında 5 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Aqşin Əhmədov 1 dəqiqə 49 saniyə (1:49:043) dövrə vuraraq ən sürətli nəticə göstərib.

Sportinfo.az xəbər verir ki, o bu göstərici ilə indiyədək keçirilmiş yarışlarda ən sürətli nəticəni gerçəkləşdirib.

Regional F1 çempionatı çərçivəsində tədbirin ilk günü simulyatorlar şəhər sakinlərinin istifadəsinə açıq olub və həmçinin Qax şəhərinin 5 tam orta məktəbinin 9-11-ci sinif şagirdlərindən ibarət 200-dək məktəblisi AAF mütəxəssisləri tərəfindən yol hərəkətinin təhlükəsizliyinə dair verilən seminarlara qatılıb. Sertifikatla təltif olunan yuxarı sinif şagirdləri növbəti gün F1 simulyator yarışında iştirak ediblər.

Regional çempionatın sonuncu yarışı Qubada 9-10 mart tarixlərində keçiriləcək. Martın 9-da simulyatorlar rayon ictimaiyyətinin istifadəsi üçün açıq olacaq və eyni zamanda rayonun yuxarı sinif şagirdləri AAF-ın təlimlərinə qoşulacaqlar. Sonrakı gün isə təlimi uğurla başa vuran məktəblilər arasında yarış baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti