"Hazırlıqla bağlı heç bir gecikmə, problem yoxdu"

6 Mart 2018 00:30 Atçılıq 718
"Hazırlıqla bağlı heç bir gecikmə, problem yoxdu"

“Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin 70 faizi tamamlanıb”.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov aprelin 27-29-da Bakıda təşkil olunacaq Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

“Formula-1” üzrə dünya Qran-prisinə martın 25-də Avstraliyada start veriləcək. O bildirib ki, artıq yarış üçün tirbunlar qurulub və heç bir geçikmə, problem yoxdu:

“Ötən illə müqayisədə əyləncə proqramında yenilik olacaq. Əvvəl dünyanın tanınmış müğənniləri Bakı Bulvarında çıxış edirdilər.

Amma bu il yarış apreldə keçiriləcək. Hava şəraitini nəzərə alaraq əyləncə proqramı “Baku Crystal Hall”da təşkil olunacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti