"Sponsor və gəlir məsələsində bizi qane etməyən bəzi şərtlər var"

16 Fevral 2018 10:12 Atçılıq 849
"Sponsor və gəlir məsələsində bizi qane etməyən bəzi şərtlər var"

"Hər iki tərəf əməkdaşlığın davam etdirilməsində maraqldı.

Sadəcə, "Formula 1"in əvvəlki və hazırkı rəhbərliyinin iş formatlarında fərqlər var. Biz hazırda sabiq rəhbərliklə imzalanan müqaviləyə əsasən, əməkdaşlıq edirik".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "Formula 1" yarışlarının 2020-ci ildən sonra Azərbaycanda keçirilməyəcəyinə dair söz-söhbətlərə aydınlıq gətirərkən deyib.

O bildirib ki, iki ildən sonra başa çatacaq hazırkı müqavilənin daha 5 il uzadılması ilə bağlı Azərbaycanı qane etməyən bəzi şərtlər var: "Məsələn, sponsorluq və gəlirləri qeyd edərdim.

Məqsədimiz daha yaxşı şərtlərlə daha çox qazanc əldə etməkdir. Bu proses təkcə bizimlə bağlı deyil. "Formua 1"in rəhbərliyi dəyişdiyi üçün digər ölkələr də şərtlərə yenidən baxırlar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti