Adams: "Bakı da bundan böyük fayda görüb"

14 Fevral 2018 08:24 Atçılıq 637
Adams: "Bakı da bundan böyük fayda görüb"

“Hazırda “Formula-1” üzrə dünya Qran-prisi 503 milyon azarkeşi əhatə edir”.

"Report"un məlumatına görə, bunu "Formula One Management" şirkətinin Təşkilati və İşgüzar Əlaqələr üzrə baş direktoru Kloy Target-Adams Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunan konfransdakı çıxışında deyib.

Sportinfo.az xəbər verir ki, o bildirib ki, azarkeşlərin sayı Avropada çoxluq təşkil etsə də, şirkət digər qitələrə də nüfuz etməyi planlaşdırır:

"Getdikcə azarkeş sayında artım müşahidə olunmaqdadır Yarış ev sahibi ölkə üçün böyük tanıtım imkanıdı.

Bakı da “Formula-1”dən böyük fayda görüb. Normalda idman yarışına gələn insanlar ölkədə başqa yerləri də ziyarət edirlər. Üç gün ərzində yarışla bərabər yerli mədəniyyətlə də tanış olurlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti