"Formula-1" üzrə Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ilk əcnəbi müğənninin adı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib.
Bildirib ki, Böyük Britaniyanın tanınmış qrupu "Jamiroquai" "Baku Crystall Hall"da səhnə alacaq.
O, Qran-prinin açılış günündə - aprelin 27-də səhnəyə çıxacaq. Azərbaycan Qran-prisinə aprelin 29-da yekun vurulacaq.

