2018-ci ildə keçiriləcək Formula-1 üzrə bütün Qran-prilərin başlama saatı dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb.
Əvvəllər mərhələlərin çoxunda yaşıl işıqlar yerli vaxtla saat 14:00-da yanırdısa, indi bu, 15:10-da baş verəcək. Əlavə 10 dəqiqə kommersiya kanallarının rahatlığı üçün edilib.
İndi onlar Qran-pridən əvvəl daha çox reklam verə biləcəklər. 27-29 apreldə keçiriləcək Azərbaycan Qran-Prisi də Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.

