Moskvada "Formula-1” tarixində 3-cü rusiyalı pilotun – keçmiş Formula-2 iştirakçısı Serqey Sirotkinin bu mötəbər yarışa qatılmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
Sportinfo.az xəbər verir ki, 22 yaşlı Serqey Sirotkinin Britaniyanın "Williams” şirkəti ilə bağladığı müqavilə, son günlər Rusiya idmanında ən "qaynar” xəbərə çevrilib.
"Williams” komandasının nə üçün Kubitsi deyil məhz onu seçdiyi ilə bağlı məsələni şərh edən Sirotkin bildirib ki, onun yarış zamanı kimin qonşu boliddə olduğu maraqlandırmır, o sadəcə nəticə əldə etmək üçün öz işini görür .
Sirotkinin tərcümeyi-halı ilə bağlı bir maraqlı faktı çoxları bilmir. Mətbuatda Serqey təkcə Formula 1 tarixində sayca 3-cü rusiyalı avtopilot kimi deyil, eyni zamanda yarışın tarixində əslən Bakıdan olan ilk avtopilot kimi qələmə verilir. Sergeyin atası Bakıda doğulub, babası və nənəsi uzun müddət Azərbaycanda yaşayıb.

