4 ildə 15 milyonluq müalicə

30 Dekabr 2017 00:00 Atçılıq 655
4 ildə 15 milyonluq müalicə

Formula-1-in əfsanələrindən olan, 7 qat dünya çempionu Mixael Şumaxerin xizək sürərkən keçirdiyi qəzadan 4 il keçir.

Sportinfo.az xəbər verir ki, bu 4 il ərzində məşhur alman pilotun sağlamlığı ilə bağlı çox az məlumat verilib.

Qəzadan təxminən bir il sonra komadan çıxan sabiq pilotun indi hansı vəziyyətdə olduğu müəmma olaraq qalır. Ailəsi onun durumunu mətbuatdan gizlətməyi hələ ki, bacarır.

Mətbuata aydın olanlar isə Şumaxerin İsveçrədə, Cenevrə gölünün yaxınlarındakı malikanəsində müalicə aldığı, gəzə bilmədiyi və 15 nəfərə yaxın tibbi heyətin onun qulluğunda olduğuna dair məlumatlardı.

Onun müalicəsinə həftəlik 115 min funt-sterlinq xərcləndiyi deyilir. Ümumilikdə isə qəzadan sonrakı 4 il ərzində 7 qat dünya çempionunun müalicə xərcləri üçün 15 milyon funt-sterlinq vəsait sərf edildiyi iddia edilir.

Şumaxer barədə iddialarda onun boyunun 15 sm qısaldığı, çəkisinin isə 45 kq-a qədər düşdüyü də yer alıb. Ancaq bunlar hamısı iddia olaraq qalır.

Çünki hətta sabiq pilotun fotosunun mətbuata sızıdırılmasının belə qarısı alınıb. Buna görə, onun qaldığı malikanə çox yaxşı qorunur.

Şumaxer 2013-cü il, dekabrın 29-da Meribeldə keçirdiyi xizək qəzası nəticəsində başı qaya parçasına çırpılmış, beyin travması keçirmişdi. O, iki əməliyyat keçirmiş, uzun müddət koma vəziyyətində qalmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti