Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə veloyürüş keçiriləcək

24 Dekabr 2017 00:50 Atçılıq 659
Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə veloyürüş keçiriləcək

31 dekabr - dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) velosiped klubunun təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) dəstəyi ilə "Həmrəylik" veloyürüşü təşkil ediləcək.

Sportinfo.az xəbər verir ki, dekabrın 24-də keçiriləcək yürüş saat 10:00-da start götürəcək.

Yürüşdə DTX-nın rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nın velosiped klubunun və AVİF-in velosipedçiləri iştirak edəcəklər. Start DTX-nın binasının önündə, finiş isə Heydər Əliyev Mərkəzinin yanında olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti