FOTO - Yol polisi yığmamızın üzvlərinin velosipedlərini qaytardı

18 Dekabr 2017 17:36 Atçılıq 687
FOTO - Yol polisi yığmamızın üzvlərinin velosipedlərini qaytardı

Azərbaycanın yığma və Synergy Baku komandaları idmançılarının velosipedləri sahiblərinə qaytarılıb.

Sportinfo.az xatırladır ki, idmançılar dünən səhər aeroport yolundakı trasda məşq zamanı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdılar.

İdmançılar və onları müşayiət edən avtomobili Qala qəsəbəsindəki 12 nömrəli cərimə meydançasına göndərilmişdi.

Velosipedçilərə bildirmişdilər ki, həmin yolda hərəkət üçün onların xüsusi icazələri olmalıdır, halbuki əslində belə icazə tələb olunmur.

Bu gün məlum olub ki, velosipedlər idmançılara cərimə ödənişi olmadan qaytarılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti