Yol polisi Azərbaycan yığmasının üzvlərini saxladı - VİDEO

17 Dekabr 2017 16:04 Atçılıq 892
Yol polisi Azərbaycan yığmasının üzvlərini saxladı - VİDEO

Azərbaycan yığmasının və Synergy Baku klubunun velosipedçiləri bu səhər aeroport yolundakı trasda məşq zamanı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
İdmançılar və onları müşayiət edən avtomobili Qala qəsəbəsindəki 12 nömrəli cərimə meydançasına göndərilib.

Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a bildiriblər ki, velosipedçilər həmişə lazımi təhlükəsizlik tələblərinə riayət edir və yol hərəkəti qaydalarını pozmurlar.

Bundan başqa, idmançıları həmişə Federasiyasının maşını müşayiət edir: “Bizim komandamız artıq bir neçə ildir ki, aeroport yolunda məşqlər keçirir, amma velosipedçilər bu cür halla ilk dəfə rastlaşıblar”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM