Bakıda “Sürətin nəbzini tut-2”

14 Dekabr 2017 00:50 Atçılıq 664
Bakıda “Sürətin nəbzini tut-2”

“Həyat-Naxçıvan” mehmanxanasının “Şuşa” zalında “Sürətin nəbzini tut-2” təcrübi təlimi başlayıb.

Sportinfo.az xəbər verir ki, Bakı Şəhər Halqası əməliyyat şirkətinin təşkilatçılığı ilə keçirilən 2 günlük tədbirin məqsədi yerli KİV-in formula1 bilgisinin artırılmasıdı.

Dekabrın 13-də jurnalistlər önünə “Sky Sports” və “BeIN Sports” tele-kanallarında sözü gedən avtoidman yarışını işıqlandırmış britaniyalı şərhçi Kris Medlənd çıxdı.

O, formula1 aləmi və onun ətrafında baş verənlər barədə müxtəlif məlumatlar verdi, qeydiyyat şərtləri və qaydalardan danışdı.

Bu gün beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi və AzDBTİA-nın “İdman jurnalistikası proqramı”nın rəhbəri Dan Mason təlim keçəcək.

O, yerli idman jurnalistlərinin avtoidman sahəsində ixtisaslaşmış peşəkar xarici mütəxəssislərin təcrübəsindən faydalanmasını təmin etməyə çalışacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti