Fransalı Jan Todt yenidən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti seçilib.
Sportinfo.az xəbər verir ki, 71 yaşlı funksioner bu barədə şəxsi “Twitter” hesabında yazıb.
O, üçüncü, eyni zamanda qaydalara əsasən, sonuncu müddətə qurumun rəhbəri olacaq. Jan Todt 2009-cu ildən FIA-nın prezidenti postunu tutur.

