İngiltərə millisinin sabiq futbolçusu Maykl Ouen at yarışında çapar kimi debüt edib.
Sportinfo.az xəbər verir ki, 37 yaşlı veteran hücumçu Askot şəhərində təşkil edilən xeyriyyə turnirində mükafatçılar sırasına düşüb.
O, 10 nəfər həvəskar çaparın qatıldığı 1400 metr məsafəlik ötüşmədə 2-ci yeri tutub. Yarışı Şahzadə Çarlz və Kamilla Parker Boulz da izləyib.
İngiltərə millisinin heyətində 89 oyun keçirib 40 qol vuran M.Ouen, karyerası ərzində “Liverpul”, “Mançester Yunayted”, “Nyukasl”, “Stok Siti” və “Real Madrid” klubunun formasını geyinib.

