Bakıdakı toqquşma haqda

24 Noyabr 2017 12:36 Atçılıq 838
Bakıdakı toqquşma haqda

"Formula-1"in Əbu-Dabi (BƏƏ) Qran-prisi öncəsi keçirilən mətbuat konfransında "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton və "Ferrari"nin alman üzvü Sebastyan Fettel səmimi söhbət edərək mövsüm ərzində aralarında yaşanmış qarşıdurma ilə bağlı zarafatlaşıblar.

Sportinfo.az xəbər verir ki, britaniyalıya mövsüm boyu onun ifasında ən parlaq məqam barədə sual verəndə, Fettel söhbətə müdaxilə edərək soruşub: "Bəlkə Bakıdan başlayarq?".

Mövsümün sonunda mükafatların sayının artırılmasının zəruriliyi barədə suala Fettel belə cavab verib: "Mən ilin manevri və adamı mükafatı almalıyam.

Feyr-pley? Yəqin ki, yox. Lakin Azərbaycan Qran-prisinə görə ilk iki nominasiya mənim olmalıdır", — deyə "Planet F1" alman pilotun sözlərini sitat gətirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM