Formula1 Azərbaycan qran-prisinin qalibi Bakıya səfər edəcək

23 Noyabr 2017 20:24 Atçılıq 783
Formula1 Azərbaycan qran-prisinin qalibi Bakıya səfər edəcək

“Red Bull” komandasının pilotu Daniel Rikkardo formula1 Azərbaycan qran-prisi-2017-də qələbə qazandıqdan sonra ilk dəfə Bakıya gələcək.

Sportinfo.az xəbər verir ki, 29-30 noyabrda baş tutacaq ikigünlük səfər çərçivəsində avstraliyalını paytaxtda bir sıra görüşlər keçirəcək və Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaq.

Formula1 azarkeşlərinin sevimlisi Bakı Şəhər Halqasında keçirdiyi yarış təəssüratlarını avtoidman həvəskarları ilə bölüşəcək və BŞH-nin sosial media kanallarında canlı olaraq azarkeşlərin suallarını cavablandıracaq.

Həmçinin o, səfər təəssüratlarına dair yerli və xarici media nümayəndələri üçün keçiriləcək mətbuat konfransında da iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM