"O, məni və heç bir əməkdaşı özüylə federasiyaya aparmır"

24 Oktyabr 2017 14:12 Atçılıq 704
"O, məni və heç bir əməkdaşı özüylə federasiyaya aparmır"

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib. S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidi.

Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev Güləş Federasiyasının rəhbərliyində aparılan kadr dəyişikliyi və Sahib Ələkbərova müvəqqəti olaraq AGF-in I vitse-prezidenti vəzifəsinin icrasının həvalə edilməsi ilə əlaqədar ona ünvanlanan suallara cavablandırıb

Sportinfo.az xəbər verir ki, həmkarımız bunu "Facebook"dakı şəxsi səhifəsində edib: "Sahib Ələkbərov Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti vəzifəsindən ayrılmayıb və belə bir məsələ ümumiyyətlə müzakirə edilmir"

Sahib Ələkbərov Azərbaycan Velosiped İdmanı Federasiyasının heç bir əməkdaşını (içi mən qarışıq) özü ilə Azərbaycan Güləş Federasiyasına aparmır və belə bir söhbət müzakirə mövzusu deyil!"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti