“Biz heç vaxt bunu təklif etməmişik, bu barədə danışıqlar getmir"

8 İyul 2017 08:48 Atçılıq 734
“Biz heç vaxt bunu təklif etməmişik, bu barədə danışıqlar getmir"

Formula1-in yeni rəhbəri Çeyz Keri yaxın gələcək planlardan danışıb. Sportinfo.az xəbər verir ki, çempionatın inkişafı zamanı keyfiyyətin kəmiyyətdən üstün olması prinsipinə riayət edilməlidir. F-1.az-a görə, “Liberti Media”nın başçısı hazırda yarış sayının 25-ə yüksəldilməsinin müzakirə edilmədiyini deyib:

“Biz heç vaxt bunu təklif etməmişik. Yalnız ABŞ-da (Nyu Yorkda və ya Mayamidə) daha bir yarışın keçirilməsini müzakirə etmişik. Amma 25, 23 və ya 22 yarışın keçirilməsi hazırda real deyil və bu barədə danışıqlar getmir. Hazırda bütün diqqətimizi sahib olduğumuz 21 yarışın daha maraqlı alınmasına yönəltmişik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti