Ölkə çempionatı başa çatdı

26 İyun 2017 18:36 Atçılıq 676
Ölkə çempionatı başa çatdı

İsmayıllıda velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunan və 100-ə yaxın idmançının iştirak etdiyi yarışın sonuncu günündə gənclər arasında qrup ötüşməsi üzrə qaliblər müəyyənləşib.

Çempionatın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCİ) göndəriləcək və idmançıların reytinq cədvəlində əksini tapacaq. Sportinfo.az xəbər verir ki, güclü yağış altında mübarizə aparan velosipedçilər 90 km məsafə qət edib.

Finişə hamıdan tez Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin nümayəndəsi İvan Orlov çatıb. 8 saylı Olimpiya Məktəbinin üzvləri Mikayıl Səfərli və Xankişi İsgəndərov isə 2-3-cü yerləri tutublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti