Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Dövlət Təhlükəsizlik Xidməti Bakıda yürüş keçirilib. Sportinfo.az xəbər verir ki, yürüşdə general-leytenant, Xidmətin rəisi Mədət Quliyev başda olmaqla DTX əməkdaşları ilə yanaşı, çox sayda ictimai xadimlər, artistlər və jurnalistlər iştirak edib.
Yürüş iştirakçıları arasında Dövlət Sərhəd Xidmətinin başçısı, general-leytenant Elçin Quliyev də olub. Sağlam həyat təəssübkeşləri səhər saatlarında bir neçə kilometr qət ediblər. Tədbir saat 9:00-da Dövlət Bayrağı Meydanında başlayıb.

