Dopinqdə "ilişən" Azərbaycan yığmasının üzvünün aldığı cəza

24 May 2017 09:48 Atçılıq 711
Dopinqdə "ilişən" Azərbaycan yığmasının üzvünün aldığı cəza

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) bu ilin martında analizində qəbulu qadağan olunmuş meldonium maddəsi tapılan Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Maksim Averinlə bağlı qərarını açıqlayıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 31 yaşlı idmançı 15 ay müddətinə UCİ bayrağı altında keçirilən bütün yarışlarda iştirakdan kənarlaşdırılıb. Cəza müddəti Maksimin cərrahi əməliyyata məruz qaldığı vaxtdan, yəni 2016-cı ilin dekabr ayından etibarən hesablanır və 2018-ci il martın sonunda başa çatacaq.

Bu il martın 10-da Xorvatiyada keçirilən birgünlük "İstiran Spring Trophy" yarışı zamanı Maksim Averindən götürülən analiz müsbət nəticə verdiyi üçün, UCİ və Ümumdünya Antdopinq Agentliyi (WADA) tərəfindən meldoniumun hansı məqsədlərlə istifadə olunmasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, ötən ilin dekabrında çiynindən əməliyyat olunan Maksim Averin bu preparatdan həkimin tövsiyəsinə əsasən istifadə edib və bu heç bir halda idman nailiyyətlərinin yaxşılaşdırılmasına xidmət etmir. Bu səbəbədən də UCİ qəbulu qadağan edilmiş meldonium prerapatından ehtiyatsız istifadə faktını yüngülləşdirici hal kimi əldə əsas tutaraq uzunmüddətli cəzadan vaz keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti