"Araz-Naxçıvan"ın məşqçi və futbolçularını bir otağa yığdılar

04:00 Araz-Naxçıvan 804
"Araz-Naxçıvan"ın məşqçi və futbolçularını bir otağa yığdılar

AFFA Hakimlər Komitəsinin üzvü Asim Xudiyev və komitənin təhsil məsələləri üzrə eksperti Orxan Məmmədovun iştirakı ilə "Araz-Naxçıvan"ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Seminar zamanı komitə əməkdaşları tərəfindən hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.

Bundan əlavə, oyunlar zamanı verilmiş səhv qərarları əks etdirən videoçarx nümayiş etdirilib, yekunda isə futbolçu və məşqçi heyətini maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış